SON DƏQİQƏ

DSMF-nin əməkdaşı vəfat etdi

Tarix:

15-04-2018, 13:40

/ 10 259 dəfə oxundu.
DSMF-nin əməkdaşı vəfat etdi

Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb.

Gunaz.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu gözətçi otağında ölmüş vəziyyətdə iş yoldaşları tərəfindən aşkar olunub.

Dərhal təcili yardım xidmətinə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ