SON DƏQİQƏ
» » Bakıda yaşayış binasında yanğın lokallaşdırıldı - VİDEO (YENİLƏNDİ)

Bakıda yaşayış binasında yanğın lokallaşdırıldı - VİDEO (YENİLƏNDİ)

Tarix:

12-04-2018, 21:35

/ 10 301 dəfə oxundu.
Bakıda yaşayış binasında yanğın lokallaşdırıldı - VİDEO (YENİLƏNDİ)

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb.

Hadisə yerində yaradılan operativ qərargahdan Gunaz.az-a verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.

Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhərində yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“Report”un verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Yanğın binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ