SON DƏQİQƏ

Neftçalada sərxoş sürücü qəza törətdi

Tarix:

7-04-2018, 23:48

/ 10 271 dəfə oxundu.
Neftçalada sərxoş sürücü qəza törətdi

Neftçala rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb.

Gunaz.az xəbər verir ki, axşam saatlarında rayonun Xolqaraqaşlı kəndində 1960-cı il təvəllüdlü yerli sakin Mənəfov Əli Gülağa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Jiquli” markalı avtomobil ilə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər