SON DƏQİQƏ
» » Salyanda BƏDBƏXT HADİSƏ - Yaşyarımlıq uşaq kanala düşdü

Salyanda BƏDBƏXT HADİSƏ - Yaşyarımlıq uşaq kanala düşdü

Tarix:

3-04-2018, 22:50

/ 10 229 dəfə oxundu.
Salyanda BƏDBƏXT HADİSƏ - Yaşyarımlıq uşaq kanala düşdü

Salyan rayonunda yaş yarımlıq körpə suda boğulmaq təhlükəsindən son anda qurtulub.

Gunaz.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Valideyn nəzarətindən kənarda qalan 2017-ci il təvəllüdlü Mirvari Elcan qızı Ümidova yaşadığı evin yaxınlığındakı su kanalına düşüb. Körpə sudan çıxarılsa da, hadisə yerinə gələn təcili yardım stansiyasının həkimləri tərəfindən ilk tibbi yardımdan sonra özünə gəlib.

Azyaşlı uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ