SON DƏQİQƏ

Polis uşaq oğurlayan meymunu axtarışa verdi

Tarix:

2-04-2018, 23:12

/ 10 361 dəfə oxundu.
Polis uşaq oğurlayan meymunu axtarışa verdi

Hindistanda meymun axtarışa verilib.

Qaynarinfo xəbər verir ki, Orissa əyalətində evə girən meymun körpəni qaçırıb. Anasının müdaxiləsinə baxmayaraq, uşağı meymunun əlindən almaq mümkün olmayıb. Körpə növbəti gün evin arxasındakı quyuda tapılıb və müayinə zamanı ciddi xəsarət almadığı aşkarlanıb.

Meymunların evə yemək oğurlamaq üçün girdiyini deyən polis uşaq oğurlayan meymunla ilk dəfə qarşılaşdıqlarını bildirir.

Polis şöbəsinin nümayəndəsi PC Pradhan bir həftə ərzində canlının tutulmasına ümid etdiklərini deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ