SON DƏQİQƏ

Külli miqdarda dərman məhv edildi

Tarix:

2-04-2018, 19:15

/ 10 363 dəfə oxundu.
Külli miqdarda dərman məhv edildi

Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib.

Dövlət Gömrük Komitəsindən Gunaz.az-a daxil olan xəbərə görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində “Referans pharmaceuticals” , “Radez”, “Loğman farm”, “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq” , “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas pharma”  və s. firmalar tərəfindən  müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda  məhv edilib. 

Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində keyfiyyətsiz və standartlara cavab verməyən preparatların ölkəyə idxal olunmasının qarşısının alınması məqsədilə hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən külli miqdarda dərman vasitələri müsadirə edilərək  ekolojı poliqonda məhv edilib: 

Məhv edilən dərman preparatları və qida əlavələrinin ümumi dəyəri 352000 manat təşkil edir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ