SON DƏQİQƏ

Polis oğurluq edən şəxsləri saxlayıb

Tarix:

2-04-2018, 13:49

/ 10 271 dəfə oxundu.
Polis oğurluq edən şəxsləri saxlayıb

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

DİN-dən Gunaz.az -a verilən xəbərə görə, araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib. 

Anoloji hadisə Mingəçevirdə də qeydə alınıb. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Həmçinin İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar. Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ