SON DƏQİQƏ
» » Güclü külək rayonlarda ciddi fəsadlara səbəb oldu

Güclü külək rayonlarda ciddi fəsadlara səbəb oldu

Tarix:

21-03-2018, 17:50

/ 10 233 dəfə oxundu.
Güclü külək rayonlarda ciddi fəsadlara səbəb oldu

Bu gün güclü külək Ağdam, Bərdə və Ucar rayonlarında ciddi fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.

Güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, eləcə də elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ