SON DƏQİQƏ

Tahir Əkbər dünyasını dəyişdi

Tarix:

2-03-2018, 22:42

/ 10 468 dəfə oxundu.
Tahir Əkbər dünyasını dəyişdi

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər bu gün axşam saatlarında dünyasını dəyişib.

ONN media xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

Həmçinin, bir neçə nüfuzlu şəxs də sosial şəbəkə hesabları vasitəsilə bəstəkarın ölümü barəsində ictimaiyyəti məlumatlandırıblar.

72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.

T.Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub.

1970-ci ildə isə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub.

1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü idi.

T.Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

скачать dle 12.1

Şərhlər