SON DƏQİQƏ
» » Azərbaycanda Dövlət Yol Polisi postuna silahlı hücum: xəsarət alan var

Azərbaycanda Dövlət Yol Polisi postuna silahlı hücum: xəsarət alan var

Tarix:

2-03-2018, 21:56

/ 10 372 dəfə oxundu.
Azərbaycanda Dövlət Yol Polisi postuna silahlı hücum: xəsarət alan var

Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda rayon ərazisindəki DYP postunda qeydə alınıb.

Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, polis əməkdaşı 1982-ci il təvvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Buna görə Orxan Bağırovun hadisə törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ