SON DƏQİQƏ

Evləri qarət edən şəxs tutulub

Tarix:

2-03-2018, 13:42

/ 10 365 dəfə oxundu.
Evləri qarət edən şəxs tutulub

Astara RPŞ əməkdaşlarının 2 gün öncə baş verən oğurluq faktının üstünü açıblar.

Gunaz.az -a Astara RPŞ-dən verilən məlumat görə, isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisində, Səməd Vurğun küçəsi 295-də yerləşən, Novruzov Elman Gülağa oğluna məxsus mənzildən  küllü miqdarda pul aparan şəxsləri yaxalayıblar. Saxlanılan Astara şəhər sakinləri Kənan Bayramlı və Kənan Novruzovdan oğurladıqları 12.000 ABŞ dolları maddi sübut kimi götürülüb. İstintaq hərəkətləri zamanı məlum olub ki, oğurluq edən şəxslər həmkəndlidilər və cinayəti pəncərəni qırmaq yolu ilə törədiblər. 

Faktla bağlı Astara RPŞ-də cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ