SON DƏQİQƏ
» » Bilet almaq istəmədi... pələnglər onu parçaladı - Video

Bilet almaq istəmədi... pələnglər onu parçaladı - Video

Tarix:

2-03-2018, 09:00

/ 10 852 dəfə oxundu.
Bilet almaq istəmədi... pələnglər onu parçaladı - Video

Çində giriş pulu verməmək üçün zooparkın divarına dırmaşaraq, içəri qaçaq yollarla girmək istəyən adam ailəsinin gözləri qabağında Sibir pələngləri tərəfindən parçalanaraq öldürülüb. Türkiyə mətbuatının yazdığına görə, biletin məbləği isə ümumilikdə 30 manat olub.

Zhanq adlı adam Li adlı dostu ilə birlikdə 3 metr hündürlüyündəki divara dırmaşaraq zooparka daxil olmaq istəyib. Həyat yoldaşı və uşaqlarına bilet alan, amma özü qaçaq yollarla içəri girmək istəyən şəxs Sibir pələnglərinin olduğu qəfəsin içinə düşüb. Pələnglərin hücumuna məruz qalan adam ailəsinin gözləri qabağında həyatını itirib. Zhanqın meyitini pələnglərin əlindən almaq isə təxminən 1 saat davam edib. Hadisə zamanı Sibir pələnglərdən biri də vurularaq öldürülüb.

Hadisənin cib telefonu görüntüləri Çinin sosial şəbəkəsində qısa zaman ərzində populyarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ