SON DƏQİQƏ
» » Nazirlik ağac kəsəni cəzalandırdı – 1500 manat

Nazirlik ağac kəsəni cəzalandırdı – 1500 manat

Tarix:

23-02-2018, 14:30

/ 964 dəfə oxundu.
Nazirlik ağac kəsəni cəzalandırdı – 1500 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə ziyan vuran şəxslərlə bağlı reydlərini davam etdirir.

Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Reyd zamanı Gəncə şəhəri Kəpəz rayonunda binanın qarşısında yaşköküstə 12-22 sm diametrliyində 3 ədəd tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ