SON DƏQİQƏ

Qaçan sürücü saxlanılıb

Tarix:

23-02-2018, 10:57

/ 1 061 dəfə oxundu.
Qaçan sürücü saxlanılıb

Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, fevralın 19-da saat 23 radələrində Balakən rayon sakini Tural Əliyev sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ 21154” markalı, 08 BJ 273 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçmək istəyən piyadalar Rəşad Haqverdiyev və Rafail İsayevi vuraraq hadisə yerindən qaçıb. 

скачать dle 12.1

Şərhlər