SON DƏQİQƏ
» » AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Tarix:

23-02-2018, 10:11

/ 1 117 dəfə oxundu.
AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri "QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 
 
Gunaz.az APA-ya istinadən məlumat verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  Məhkəmədə A. Alışanovun nümayəndəsi Zaur Abbasov iştirak edib. 

Sonra vəkil Bəxtiyar Hacıyev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. 

Buna görə məhkəmənin hazırlıq iclası martın 1-ə təyin edilib.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

скачать dle 12.1

Şərhlər