SON DƏQİQƏ

Şəmkirdə qətl hadisəsi baş verib

Tarix:

23-02-2018, 09:53

/ 1 180 dəfə oxundu.
Şəmkirdə qətl hadisəsi baş verib

Şəmkir rayonunda sərnişin taksi sürücüsünü qətlə yetirib.

Gunaz.az bildirir ki, hadisə rayonun İrmaçlı kəndinə baş verib.  

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişinn qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaçlı kəndinə gedəcəyinu deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstdə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çox saylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ