SON DƏQİQƏ
» » Qızıl-zinət əşyaları keçirtmək istəyən qadın saxlanılıb

Qızıl-zinət əşyaları keçirtmək istəyən qadın saxlanılıb

Tarix:

21-02-2018, 10:45

/ 1 119 dəfə oxundu.
Qızıl-zinət əşyaları keçirtmək istəyən qadın saxlanılıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Gunaz.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.

скачать dle 12.1

Şərhlər