SON DƏQİQƏ

Dələduzluq edən qadınlar saxlanıldı

Tarix:

20-02-2018, 11:44

/ 1 165 dəfə oxundu.
Dələduzluq edən qadınlar saxlanıldı

Binəqədi rayonunda dələduzluq edərək axtarışda olan 2 qadın polis tərəfindən tutulub.

Gunaz.az xəbər verir ki,Firuddin Məmmədov adlı şəxs 4-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, Svetlana Məmmədova adlı qadın onun 23.672 manat pulunu alıb. Şikayətçinin sözlərinə görə, S.Məmmədova onu dövlət işinə düzəltməli imiş. Ancaq vaxt tamam olanda kişi aldadıldığını bilib polisə üz tutub. Faktla bağlı Binəqədi RPİ-də cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı qadın ifadə verməkdən yayınaraq müstəntiqin çağırışlarına gəlməyib və axtarışa verilib. Saxlanılan qadın artıq istintaq şöbəsinə təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib. 

Məhkəmənin qərarı ilə axtarışda olan digər bir qadını isə 7-ci Polis Bölməsinin əməkdaşları həbs edib. Belə ki, saxlanılan Arifə Sadıqova barəsində ötən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda məlum olub ki, A. Sadıqova adam oğurluğu, xuliqanlıq və digər cinayətlərdə ittiham edilir və bundan əvvəl bir neçə dəfə saxlanılıb. Belə ki, Arifə Sadıqovanın Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Lakin ailə vəziyyətinə görə həbs edilmədiyini bildirib.

Məlum olub ki, onun beş azyaşlı uşağı var və həyat yoldaşı rəhmətə gedib. Buna görə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib. Qeyd edək ki, A. Sadıqova tanışı Aynurə Hüseynovanı qaçırıb. Ancaq A.Sadıqova məhkəmə proseslərindən yayındığından barəsində axtarış elan edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ