SON DƏQİQƏ

Ucarda zəncirvari qəza - Yaralananlar var

Tarix:

19-02-2018, 19:57

/ 1 197 dəfə oxundu.
Ucarda zəncirvari qəza - Yaralananlar var

Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb.

Gunaz.az "APA"ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

"61 BD 531" dövlət nömrə nişanlı "Nissan", "61 BF 947" dövlət nömrə nişanlı "Mercedes" və "61 BC 068" dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan Ucar rayon sakinləri - 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ