SON DƏQİQƏ
» » Bakıdakı dəhşətli qəzadan görüntü yayıldı - Video/16+

Bakıdakı dəhşətli qəzadan görüntü yayıldı - Video/16+

Tarix:

16-02-2018, 21:16

/ 2 691 dəfə oxundu.
Bakıdakı dəhşətli qəzadan görüntü yayıldı - Video/16+

Hazırda Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyinin (BNA)  məlumatında deyilir.

“Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, - deyə M.Ağayev vurğulayıb.

***

Baş verən qəzanın görüntüləri yayılıb.

Hadisə şahidlərinin Azxəbər.com-a verdikləri məlumata görə, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lekxus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Qəza nəticəsində ölən 2 nəfərdən başqa daha 2 nəfər yaralanıb. Onlar 44 yaşlı Manafov Rəhim və 36 yaşlı Əmircanov Kamildir.

Qəzadan bir neçə dəqiqə sonra çəkilən görüntüləri təqdim edirik:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ