SON DƏQİQƏ
» » 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı — Azərbaycanda

11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı — Azərbaycanda

Tarix:

13-02-2018, 20:42

/ 1 574 dəfə oxundu.
11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı — Azərbaycanda

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib.

Gunaz.az-ın Medicina.az-a istinadən məlumatına görə, müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk var. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb. 

Uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacarıb. 

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur. 

 

11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı — Azərbaycanda

 

11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı — Azərbaycanda

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ