SON DƏQİQƏ

Bakıda supermarketi keçmiş əməkdaşı soydu

Tarix:

5-02-2018, 20:52

/ 979 dəfə oxundu.
Bakıda supermarketi keçmiş əməkdaşı soydu

Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ