SON DƏQİQƏ

Ay tutulması başa çatdı

Tarix:

31-01-2018, 18:59

/ 983 dəfə oxundu.
Ay tutulması başa çatdı

Bu gün saat 15:48:27-dən başlayan Ay tutulması hadisəsi artıq başa çatıb.

Bu astronomik hadisə ilə bağlı özəl olaraq Trend-ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, bu, ilin ilk Ay tutulmasıdır.

X.Mikayılov əlavə edib ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayıb: "Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə etmək mümkün olub".

X.Mikayılov əlavə edib ki, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayıb, maksimum tutulma 17:29:51-də qeydə alınıb. Tam tutulmanın sonu 18:07:51-də olub. Tutulma 19:11:11-də başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ