SON DƏQİQƏ

Azərbaycanda 11 yaşlı uşağı it dişləyib

Tarix:

28-01-2018, 19:43

/ 787 dəfə oxundu.
Azərbaycanda 11 yaşlı uşağı it dişləyib

Bu gün axşam saatlarında rayonun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Gunaz.az bildirir ki, MRX-dan APA-ya verilən məlumata görə, 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərazisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.

İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

скачать dle 12.1

Şərhlər