SON DƏQİQƏ
» » Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜ

Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜ

Tarix:

21-01-2018, 11:19

/ 665 dəfə oxundu.
Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜ

Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb.
 
Gunaz.az Lent.az-a istinadən xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb. Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib. Onlar dost olublar.
 
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ