SON DƏQİQƏ

Bakıda avtomobil oğruları həbs olundu

Tarix:

20-01-2018, 15:53

/ 901 dəfə oxundu.
Bakıda avtomobil oğruları həbs olundu

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Gunaz.az-a bildiriblər ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə isə Yeni Günəşli və Zığ qəsəbələrindən iki avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ