SON DƏQİQƏ
» » Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda

Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda

Tarix:

19-01-2018, 17:55

/ 754 dəfə oxundu.
Mənşəyi bilinməyən yararsız ət saxlanıldı — Ağsuda

Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib.

Bu barədə Ağsu rayon Polis Şöbəsindən Gunaz.az-a açıqlama veriblər. Polis əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, “UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər. Məlum olub ki, avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aparılır. Əraziyə gələn Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. İlkin dindirmələr zamanı Ə.Kərimov ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ