SON DƏQİQƏ
» » Keçmiş məhkumdan silah və narkotik götürüldü - DİN

Keçmiş məhkumdan silah və narkotik götürüldü - DİN

Tarix:

19-01-2018, 12:15

/ 1 264 dəfə oxundu.
Keçmiş məhkumdan silah və narkotik götürüldü - DİN

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib.

Gunaz.az -a verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ