SON DƏQİQƏ
» » Azərbaycanda ticarət mərkəzində YANĞIN - Sahibkar dükanda yandı

Azərbaycanda ticarət mərkəzində YANĞIN - Sahibkar dükanda yandı

Tarix:

19-01-2018, 09:53

/ 1 330 dəfə oxundu.
Azərbaycanda ticarət mərkəzində YANĞIN - Sahibkar dükanda yandı

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Gunaz.az xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.


Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ