SON DƏQİQƏ
» » Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

Tarix:

13-01-2018, 15:58

/ 724 dəfə oxundu.
Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Şevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

DİN-dən Gunaz.az-a verilən məlumata görə, zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil həmin gün saat 23 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib. Belə ki, 29-cu polis bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ