SON DƏQİQƏ
» » Masallıda tapılan yaralı qartalla bağlı - Son məlumat

Masallıda tapılan yaralı qartalla bağlı - Son məlumat

Tarix:

9-01-2018, 12:59

/ 878 dəfə oxundu.
Masallıda tapılan yaralı qartalla bağlı - Son məlumat

Masallıda tapılan yaralı vəhşi quş götürülərək reabilitasiya klinikasına təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, yanvarın 8-də Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanovun ona məxsus otlaq sahəsində yaralı halda qartal tapması ilə bağlı məlumat əsasında nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ