SON DƏQİQƏ
» » Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu

Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu

Tarix:

8-01-2018, 20:30

/ 671 dəfə oxundu.
Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu

Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.

Gunaz.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır tonnajlı yük maşını rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. 

Abşeron Rayon Qaz İstismar Sahəsindən verilən məlumata görə, hazırda sıradan çıxan qaz xəttinin bərpası işi həyata keçirilir, tezliklə yaranmış problem aradan qaldırılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ