SON DƏQİQƏ

Qaradağ sakinindən 13 kq marixuana tapıldı

Tarix:

8-01-2018, 12:22

/ 724 dəfə oxundu.
Qaradağ sakinindən 13 kq marixuana tapıldı

Qaradağ rayonunda əvvəllər məhkum olunmuş şəxsdən 13 kiloqramdan artıq marixuana aşkar edilib.

DİN-dən  daxil olan məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, A.Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Gunaz.az

 

 

скачать dle 12.1

Şərhlər