Rusiyanın Vladivostok şəhərində kütləvi dava baş verib və nəticədə, Azərbaycan vətəndaşı travmatik silahdan açılmış atəşlə yaralanıb.
Virtualaz.org "Novosti Vladivostoka" nəşrinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində travmatik tapança gilizləri aşkarlayıblar.
Xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb. Ən çox xəsarət isə Azərbaycan vətəndaşında qeydə alınıb - ona döş qəfəsinin və kürəyin yaralanması diaqnozu qoyulub.
Baş vermiş hadisə ilə əlaqədar araışdırma aparılır, travmatik silahın sahibi müəyyənləşdirilir.
Gunaz.az