SON DƏQİQƏ
» » Sabirabadda ağır qəza: 1 ölü, 8 yaralı - Yeniləndi

Sabirabadda ağır qəza: 1 ölü, 8 yaralı - Yeniləndi

Tarix:

30-12-2017, 21:44

/ 847 dəfə oxundu.
Sabirabadda ağır qəza: 1 ölü, 8 yaralı - Yeniləndi

Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəzanın təfərrüatları müəyyənləşdirilir.

***

Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.

APA-nın xəbərinə görə, “Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən Əhmədov Əjdər hadisə yerində ölüb.

“Mercedesin” sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.

 

Sabirabadda ağır qəza: 1 ölü, 8 yaralı - Yeniləndi

 

скачать dle 12.1

Şərhlər