SON DƏQİQƏ
» » İsmayıllıda ağır qəza: polis zabiti yaralandı

İsmayıllıda ağır qəza: polis zabiti yaralandı

Tarix:

29-12-2017, 08:37

/ 807 dəfə oxundu.
İsmayıllıda ağır qəza: polis zabiti yaralandı

İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gunaz.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan "Niva" markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ