SON DƏQİQƏ
» » Livanlı taksi sürücüsü qısa ətəyə görə diplomatı öldürdü

Livanlı taksi sürücüsü qısa ətəyə görə diplomatı öldürdü

Tarix:

25-12-2017, 07:05

/ 2 070 dəfə oxundu.
Livanlı taksi sürücüsü qısa ətəyə görə diplomatı öldürdü

Livanlı taksi sürücüsü Tarek Hauçi bitaniyalı diplomat Rebekka Dayksı qısa ətək geyindiyi üçün zorlayıb və daha sonra boğaraq öldürüb. 

Gunaz.az-ın The Daily Mail-ə istinadən məlumatına görə, taksi sürücüsü turistlər arasında məşhur olan bara sifarişlə gəlib. 

O, avtomobilə əyləşənin xarici ölkə vətəndaşı olduğunu görəndə, heç bir cəza almayacağını düşünüb. O, bildirib ki, qadın qısa ətək geyinməklə onu cəlb edib. 

Qeyd edək ki, 30 yaşlı qadının cəsədi ötən şənbə günü, dekabrın 16-da yolun kənarında aşkar edilib. O, Böyük Britaniyanın Beyrutda yerləşən səfirliyində 2017-ci ilin yanvarından çalışırdı.

скачать dle 12.1

Şərhlər