SON DƏQİQƏ

2 avtomobil toqquşdu: 3 nəfər yaralandı

Tarix:

24-12-2017, 12:19

/ 778 dəfə oxundu.
2 avtomobil toqquşdu: 3 nəfər yaralandı

Bu gün Sabirabad rayonunun Nizami kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlüFərzəliyev Emin Əflan oğlunun idarə etdiyi "Mersedes" markalı "99 BB 415" dövlət nömrə nişanlı avtomobillə, 1980-ci il təvəllüdlü Əliyev Elçin Gülüş oğlunun idarə etdiyi "Qazel" markalı "54 BB 735" dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir nəfər sərnişin - 1984-cü il təvəllüdlü Əliyeva Bilqeyis Hüseyn qızı  xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralıların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər