SON DƏQİQƏ

Metroda qadınları soydular

Tarix:

22-12-2017, 11:51

/ 703 dəfə oxundu.
Metroda qadınları soydular

Bakı metropolitenində iki vətəndaşın çantasından və cibindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun “28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun “Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub.

Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

скачать dle 12.1

Şərhlər