SON DƏQİQƏ
» » FHN-dən Bakıdakı bomba həyəcanı ilə bağlı - Açıqlama

FHN-dən Bakıdakı bomba həyəcanı ilə bağlı - Açıqlama

Tarix:

21-12-2017, 15:04

/ 1 196 dəfə oxundu.
FHN-dən Bakıdakı bomba həyəcanı ilə bağlı - Açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

FHN-dən Gunaz.az-a verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ