SON DƏQİQƏ
» » Gömrükdə 4 mindən çox pirotexniki vasitə aşkarlandı

Gömrükdə 4 mindən çox pirotexniki vasitə aşkarlandı

Tarix:

20-12-2017, 11:56

/ 818 dəfə oxundu.
Gömrükdə 4 mindən çox pirotexniki vasitə aşkarlandı

Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Gunaz.az-a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.

Həmin avtomobillərdən birinin arxa oturacağından yük bölməsinin bitdiyi hissəyə qədər kustar üsulla hazırlanmış gizli saxlanc yerində 1825 ədəd pirotexniki vasitə aşkarlanıb. Digər iki avtomobildə gömrük nəzarətindən gizlədilən 2520 ədəd pirotexniki vasitə isə nəqliyyat vasitələrinin hərəkətdə olan təkərlərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ