Türkiyənin Bingöl vilayətinin Genç mahalında təhlükəsizlik qüvvələri ilə silahlı atışmada 5 PKK-çı məhv edilib.
Gunaz.az xəbər verir ki, bu barədə Bingöl valiliyi məlumat yayıb.
Atışmanın hələ də davam etdiyi bildirilib.
1 terrorçu isə ələ keçirilib.
Bundan əlavə, terrorçulara məxsus müxtəlif iri və orta çaplı silahlar da müsadirə edilib.