SON DƏQİQƏ

Cocuq Mərcanlıda hərbi sursat tapıldı

Tarix:

11-12-2017, 20:58

/ 856 dəfə oxundu.
Cocuq Mərcanlıda hərbi sursat tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 12 min kvadratmetr 100 ərazi tam təmizlənib, 940 kvadratmetr ərazi 20 santimetr dərinliyində və 1000 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, 1 ədəd partlamamış hərbi sursat (PQ-7S) aşkarlanaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Cocuq Mərcanlıda iyirmi dörd gün ərzində 10 partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 4 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 453 min 980 kvadratmetr ərazi tam təmizlənib, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 11-dək ölkə üzrə, ümumilikdə, 7530 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 625 min 588 kvadratmetr ərazi yoxlanılıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ