SON DƏQİQƏ
» » Nazirlik: "Zığda sürüşmə aktivdir – bir bina təhlükə altında"

Nazirlik: "Zığda sürüşmə aktivdir – bir bina təhlükə altında"

Tarix:

18-11-2017, 10:54

/ 848 dəfə oxundu.
Nazirlik: "Zığda sürüşmə aktivdir – bir bina təhlükə altında"

“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb.
R.Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir: “Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.
Qeyd edək ki, dünən Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında uçqun baş verib, bir nəfər torpaq altında qalıb. Uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib. (APA)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ