SON DƏQİQƏ
» » "Bibim, bibim oğlu, onun uşaqları ölüb" - FOTO

"Bibim, bibim oğlu, onun uşaqları ölüb" - FOTO

Tarix:

14-11-2017, 21:44

/ 2 850 dəfə oxundu.
"Bibim, bibim oğlu, onun uşaqları ölüb" - FOTO

Bazar günü İran-İraq sərhəddində baş vermiş 7,3 ballıq zəlzələ sərhədyanı ərazilərdə böyük dağıntılara səbəb olub.

Hadisənin şahidləri zəlzələnin nəticələri barədə BBC-ə danışıb.

Xosrov: "Bibim, bibim oğlu, onun uşaqları ölüb"

Dağıntı

Xosrov zəlzələ nəticəsində ən ciddi zərər çəkən məntəqələrdən biri olan və İraq sərhədinə yaxın yerləşən Sərpol Zəhab yaxınlığındakı kənddə yaşayır. O, zəlzələ nəticəsində ailə üzvlərinin öldüyünü və kəndin xarabalığa çevrildiyini bildirib.

"Divarlar bacılarımın və atamın üstünə uçub. Mən onları dağıntılar altından çıxarmalı oldum".

"Anam yaralanıb. Bibim, bibim oğlu və onun uşaqları ölüb", - o deyib.

"Bütöv kənd dağılıb. Qəbirlər çat verib, cəsədlər torpaq üzünə çıxıb".

"Su yoxdur. Camaat çaydan axan sudan istifadə edir. Ərzaq yoxdur. Bizə su və isti paltar lazımdır".

Əmir: "Ölənlərin sayının artacağını düşünürəm"

Bəzi evlər tamamilə dağılıb

Əmir Sərpol Zəhabda yaşayır. Onun sözlərinə görə, şəhərin 30 faizi dağıdılıb.

"Mehrdə yaşayış binaları yerlə yeksan olub", - o deyib.

"Şəhərdə binaların 30 faizi dağılıb. İnsanların yemək və suya ehtiyacı var. Şəhərdə xilasedicilər işləyir, lakin düşünürəm ki, ölənlərin sayı arta bilər".

Mehrdad: "Kəndlər yerlə yeksan olub"

Iran earthquake damage

Mehrdadın Kirmanşahdakı qohumlarının evi dağıldıqdan, onlar çadıra sığınıb.

"Kirmanşahda zəlzələnin episentrinə yaxın kəndlərə baş çəkdim, qohumlarıma ərzaq və çadır apardım", - o deyib.

"Kəndlər yoxa çıxıb . Camaata çörək və su çatmır, çadırlara ehtiyac var".

Salah: "Çamaat çöldə qalır"

People in tents following Iran earthquake

Salah, Kirmanşah vilayətinin Səlas Babacani şəhristanının sakinidir.

"Biz zəlzələ episentrinə yaxın yerləşirik", - o deyib.

"Camaat çöldə yaşayır. Yalnız bir neçə çadır var, evlərin 50--80 faizi dağılıb".

"Dərman və ərzaq yoxdur".

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ