SON DƏQİQƏ

Sumqayıtda oğru iş üstündə yaxalandı

Tarix:

4-11-2017, 12:54

/ 856 dəfə oxundu.
Sumqayıtda oğru iş üstündə yaxalandı

Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Araşdırma aparılır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ