SON DƏQİQƏ

İlk dərs günü qəzaya qurban getdi - FOTO

Tarix:

16-09-2017, 14:14

/ 2 147 dəfə oxundu.
İlk dərs günü qəzaya qurban getdi - FOTO

Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi vaş verib.Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ