SON DƏQİQƏ
» » Qasırğa milyarderin mülkiyyətini bu hala saldı: 10 milyon dollarlıq itki - FOTOLAR

Qasırğa milyarderin mülkiyyətini bu hala saldı: 10 milyon dollarlıq itki - FOTOLAR

Tarix:

15-09-2017, 12:16

/ 1 708 dəfə oxundu.
Qasırğa milyarderin mülkiyyətini bu hala saldı: 10 milyon dollarlıq itki - FOTOLAR

Latın Amerikası ölkələrinə və Amerikaya çatmış İrma qasırğası Virgin Group şirkətinin banisi, milyarder Riçard Brensona aid olan adanın da altını üstünə çevirdi.

GUNAZ.az xəbər verir ki, bir neçə gün əvvələ qədər təmtərağı ilə göz oxşayan kurortun indiki halı, yumşaq desək çox acınacaqlıdır.

Neker adası cəmi 30 hektardır. Uzun zaman bu mükəmməl boş yer diqqətdən kənarda idi. 1965-ci ildə The Daily Telegraph nəşrinin bir neçə jurnalisti və fotoqrafı bu tənha yerdə 3 həftə qalmağa qərar verdilər. Onlar insan ayağı dəyməyən yerdə yaşamağın mümkün olub-olmadığını bilmək və layihəni qəzetdə işıqlandırmaq istəyirdilər. Ancaq artıq ikinci həftənin sonunda onlar, qırmızı bayraq qaldırdılar - işarə verdilər ki, dözə bilmirlər və təcili təxliyyəni istəyirlər.

Jurnalistin qeydlərinə görə, Neker tamamilə bərbad bir yer idi: "Ağcaqanadlar və başqa həşəratlar bizi öldürürdülər, onlar bizlə elə amansız davranırdılar ki, sanki mən Vyetnamda və ya Konqodayam", - jurnalist bildirirdi.

1978-ci ildə Neker adası satışa çıxarılır. Brenson bəzi problemlərə görə adanı dərhal ala bilmədi, hərçənd ada onun çox xoşuna gəlmişdi. Daha sonra Böyük Britaniya hökuməti yumşalaraq, sərt şərtlər çərçivəsində olsa da, adanı iş adamına satmağa qərar verdi. Şərtlərdən əsası bu idi ki, Brenson 4 il ərzində adanı səhradan kurorta çevirməlidir. Əks halda ada yenidən dövlətin mülkiyyətinə qayıdacaq.

Qasırğadan əvvəl

Adada heç nə yox idi, Brensona 10 milyon dollar sərmayə yatırmaq lazım oldu ki, adanı cənnətə çevirsin. O, toplam olaraq 37 insanın yerləşə biləcəyi bir neçə villa tikdirdi. Nekerdə ev kirayələmək baha sayılmır – günü 2167 dollara burada yaşamaq olar. (Müqayisə üçün bildirək ki, məsələn “Four Seasons“ otellər şəbəkəsinin Nyu-Yorkdakı “Ty Warner Penthouse“nun bir gecəsinin qiyməti 34 min dollardır. Bu otelin Parisdə inşa olunan binasının kral nömrəsinin isə bir gecəsi 16 min dollardır və s).

Bütün adanı kirayələmək isə gündəlik 65 min dollardır. Bu məbləğə bütün xidmətlər daxildir: 100 nəfərlik personal və şəxsi aşpaz sizə qulluq edir.

5 ballıq şkalaya görə, 5++ kateqoriyası kimi qiymətləndirilən İrma qasırğası adaya sentyabrın 6-da yaxınlaşdı. Qasırğa qarşısına çıxan hər şeyi yerlə-yeksan etdi. "Mən heç vaxt belə qasırğa görməmişdim, - Brenson danışır - Neker tamamilə dağıldı, bütün ərazi xarabalığa çevrildi".

Qasırğadan sonra

Şiddətli zərbə zamanı Brenson özü də adada idi. Xilas olmaq üçün, o və bütün komandası çaxır zirzəmisində gizləndilər. Bu, çox ağıllı yəqin ki, yeganə düzgün qərar idi. Milyarderin özü tərəfindən çəkilmiş şəkillərə və videoya əsasən deyə bilərik ki, orada katerlər, ağaclar, hovuzlar da daxil olmaqla, hər şey tamamilə amansız qasırğanın qurbanı olub.(Publika.az

Qasırğa milyarderin mülkiyyətini bu hala saldı: 10 milyon dollarlıq itki - FOTOLAR

 

)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ