SON DƏQİQƏ
» » “Ayıq sürücü” avtomobildən beş min manat oğurladı

“Ayıq sürücü” avtomobildən beş min manat oğurladı

Tarix:

18-07-2017, 23:00

/ 3 935 dəfə oxundu.
“Ayıq sürücü” avtomobildən beş min manat oğurladı

İçkili sürücünün çağırdığı "ayıq sürücü” avtomobildə olan 5 min manat pulu oğurlayıb.
Xəzər TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində baş verib. Sumqayıtda restorandan çıxan bir nəfər ayıq sürücü xidmətindən istifadə edib. Onu mənzilə gətirən sürücü isə həmin şəxsin içkili olmasından istifadə edib, avtomobildə olan 5 min manat məbləğində pulu oğurlayıb. Oğurluqdan bir gün sonra xəbər tutan avtomobil sahibi dərhal polisə müraciət edib. O, həmçinin polisə oğurluq baş verən gün "ayıq sürücü” xidmətindən istifadə etdiyini deyib.
"İsti izlərlə” həmin şəxsin axtarışına düşən polis çox keçməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Nicat Kamalovu şübhəli saxlayıb. Saxlanılan şəxs ifadəsində oğurluğu törətdiyini etiraf edib.
O, pulun beş yüz manatını ehtiyacları üçün xərclədiyini bildirib.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ