SON DƏQİQƏ
» » Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var

Tarix:

11-05-2017, 21:56

/ 2 615 dəfə oxundu.
Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var

Kürdəmir rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün 19:30 radələrində Ağsu-Kürəmir-Bəhramtəpə yolunun 35-ci km-də, yolun Kürdəmir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü, Mərhəmət Zəfər oğlu Abullayev idarə etdiyi "VAZ-21015" markalı, "90-FO-581" dövlət qeydiyyat nişanlı minik maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı, "12-BE-867" dovlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə sürücü M.Abullayev və onun 2016-ci il təvəllüdlü qızı Röya Mərhəmət qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ